Zəfər bayramı C.Koreyada qeyd olunub - VİDEO
Azərbaycanın Cənubi Koreyadakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Seul şəhərində yerləşən "Üzən ada" konvensiya mərkəzində mərasim təşkil edib. Tədbirdə Koreyanın ictimai-siyasi xadimləri, diplomatlar, nüfuzlu ali təhsil müəssisələrinin rəhbər və professorları, tanınmış jurnalistlər, iş adamları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Əvvəlcə Azərbaycanın dövlət himni səslənib, Vətən Müharibəsində həlak olmuş şəhidlərin xatirəsi yad edilib.
Səfir Rəmzi Teymurov Zəfər Gününün əhəmiyyəti barədə danışıb. Bildirib ki, ötən il noyabrın 8-də Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad olunmasından sonra Ermənistan müharibədə məğlub olduğunu ilə barışdı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Diplomat Qarabağ və Şərqi Zəngəzurda hazırda sürətlə həyata keçirilən quruculuq işləri barədə məlumat verib.
Tədbirdə koreyalı opera müğənniləri və Rippliç orkestrinin ifasında musiqi əsərləri ifa edilib, Zəfər Gününün əhəmiyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
Cənubi Koreyaın ən hündür televiziya qülləsi olan Seuldakı "Namsan" qülləsi və Zəfər Günü mərasiminin keçirildiyi "Üzən ada" konvensiya mərkəzinin binası Azərbaycanın dövlət bayrağının rənglərinə bürünüb.