2021-11-16

Buta” Koreya-Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı, Diaspor ilə iş üzrə Dövlət Komitəsinin və Səfirliyimizin dəstəyi ilə Cənubi Koreyanın paytaxtı Seul şəhərinin Şinçon ərazisində #ZəfərGünü ilə əlaqədar məlumatlandırma kampaniyası keçirilmişdir.

Seodomun rayonunun mərkəzi küçəsi olan və ictimaiyyətin, xüsusilə gənclərin sıx toplaşdığı Şinçon ərazisində qurulmuş tanıtım məntəqəsində ziyarətçilər #KarabakhisAzerbaijan bannerinin önündə foto çəkdirmiş, fotolarını özlərinin sosial medya hesablarında koreya və ingilis dillərində #Karabakh#Azerbaijan həştəqlərini ilə paylaşmış və üzərində Xarı Bülbül loqosu həkk olunmuş QR kod yazılı nar şirələrini hədiyyə olaraq götürmüşlər. Tədbirdə həmçinin Koreya dilində Zəfər Günü ilə əlaqədar hazırlanmış bröşürlər paylanılmış və Koreya dilində #Şuşa, #xarıbülbül#Azərbaycan haqda informativ bannerlər nümayiş olunmuşdur. Tədbirin keçirildiyi məkanda quraşdırılmış televizorda Azərbaycan və Zəfər Günü ilə əlaqədar videoçarxlar nümayiş etdirilmişdir. Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfiri Rəmzi Teymurov Seodemun rayonunun Meri Mun Seok Jin ilə birlikdə tanıtım məntəqəsini ziyarət etmiş, tədbirin təşkilatçıları ilə görüşmüş və tanıtım kampaniyasına uğurlar arzulamışlar.

 

Arxiv üzrə axtarış