2022-09-19
17 sentyabr 2022-ci ildə Seul şəhərində keçirilmiş Beynəlxalq Mədəniyyətlərarası Festivalda BUTA Azərbaycan Koreya dostluq Assosiasiyası (AKDA) tərəfindən yaradılmış “Şuşa ili”nə həsr olunmuş Azərbaycan guşəsində ölkəmiz təmsil olunub.
17 sentyabr 2022-ci ildə Seul şəhərinin Kvanak rayon meriyasının önündə, meriya tərəfindən təşkil olunmuş Beynəlxalq Mədəniyyətlərarası Festival keçirilib. Festivalda BUTA Azərbaycan Koreya dostluq Assosiasiyası (AKDA) da milli stendlə təmsil olunub. “Şuşa ili”nə həsr olunmuş Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, adət-ənənələri və Qarabağ həqiqətləri haqqında yerli əhaliyə məlumat verilib. Ölkəmiz haqqında kitabçalar, eləcə də Azərbaycan milli şirniyyatları ziyarətçilərə təqdim olunub. Ziyarətçilər arasında Koreya Parlamentinin Təhsil Komitəsinin Sədri cənab Yu Ki Honq, Kvanaq rayonunun meri cənab Park Cunhi də olub.