2022-10-26
Azərbaycanın Koreyadakı səfiri cənab Ramin Həsənov Seul Milli Universitetinin professor-müəllim heyəti və tələbələrinin auditoriyası qarşısında mühazirə ilə çıxış edib
Azərbaycanın Koreyadakı səfiri cənab Ramin Həsənov Seul Milli Universitetinin Asiya mərkəzi tərəfindən təşkil olunmuş “Odlar Yurdu – Azərbaycan” adlı tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrinin auditoriyası qarşısında Azərbaycanın xarici siyasəti və Azərbaycan-Koreya münasibətləri mövzusunda mühazirə ilə çıxış edib.