2023-02-09

Səfirlikdə koreyalı tələbələrlə görüş

 

9 fevral 2023-cü il tarixində Koreyanın Hankuk Xarici Tədqiqatlar Universitetində müxtəlif ixtisaslar üzrə bir sıra fakültələrə, o cümlədən də universitetin nəzdindəki Türk-Azərbaycan Dilləri Fakültəsinə yüksək göstəricilərlə daxil olmuş bir qrup koreyalı tələbə ilə Səfirlikdə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, mədəniyyəti, turizm potensialı və eləcə də Azərbaycan-Koreya əlaqələri barədə tələbələrə geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Arxiv üzrə axtarış