2023-04-05
Koreya Parlamentinin Xarici İşlər və Unifikasiya Komitəsinin sədri ilə görüş keçirilib
4 aprel 2023-cü il tarixində Səfir Ramin Həsənov Koreya Parlamentinin Xarici İşlər və Unifikasiya Komitəsinin sədri, deputat Kim Te Ho ilə görüşüb. Görüş zamanı Azərbaycan-Koreya gündəliyində duran əsas məsələlər, o cümlədən siyasi dialoq, qarşılıqlı səfərlər, iqtisadi əməkdaşlıq və eləcə də parlamentlərarası təmaslar barədə ətraflı fikir mübadiləsi aparılıb.