2023-05-27

Seulda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində 27 may 2023-cü il tarixində Seul şəhərində AR Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Koreyada yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Sədr Fuad Muradov AR Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib. Səfir Ramin Həsənov Koreyadakı Azərbaycan icmasının işi ilə bağlı müsbət məqamlardan bəhs edib və diaspora fəaliyyətinin gücləndirilməsinə dair fikirlərini bölüşüb.

 

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış