2023-06-07

Seulda Azərbaycan və Koreya arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib.

7 iyun 2023-cü ildə Cənubi Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

Sonda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının Protokolu imzalanıb.

 

 

Arxiv üzrə axtarış