2023-06-08

Koreya Respublikasında ikitərəfli görüşlər keçirilib.

7 iyun 2023-cü ildə Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Ramin Həsənovla birgə Koreya Respublikasının ticarət, sənaye və energetika nazirinin müavini C.Daecin və KITA-nın icraçı vitse-prezidenti K.Ko-hyun ilə görüş keçirib və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gələcək perspektivlərini müzakirə ediblər.

8 iyun 2023-cü il tarixində S.Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə Koreyanın Ağıllı Şəhər Assosiasiyasının icraçı direktoru K.Hyun, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) vitse-prezidenti vəzifəsini icra edən Y.C.Ho, Koreya Ticarət-İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) vitse-prezidenti K.Tae-Ho arasında görüş keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gün Azərbaycan nümayəndə heyəti Seul və Anyanq şəhər meriyalarının inteqrə olunmuş nəqliyyatın intellektual idarəetmə mərkəzlərini ziyarət edərək Koreya təcrübəsi ilə yaxından tanış olublar.

 

Arxiv üzrə axtarış