2023-09-22

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Koreyada səfərdə olub.

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit İnstitutlarının Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 21-22 sentyabr 2023-cü il tarixində Koreyanın Busan şəhərində keçirilmiş 59-cu toplantısında iştirak edib.

 

Toplantıda ASOSAI-ın İdarə Heyətinin fəaliyyəti, təşkilatın 2022-2027-ci illər üzrə strateji inkişaf planının icrası və işçi qrupların gördüyü işlər barədə hesabatlar dinlənilib və ASOSAI-ın daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar müzakirə edilib.

 

Səfər çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası ilə Koreya Respublikası Audit və Təftiş Şurası arasında mövcud əlaqələrin daha da gücləndirilməsi və əməkdaşlıq sahələrinin genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

 

Eyni zamanda, Hesablama Palatasının beynəlxalq fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində Tayland, Vyetnam və Çin ali audit qurumunun rəhbər heyəti ilə ikitərəfli görüşlər keçirilib.

 

https://sai.gov.az/xeberler/264

 

 

 

 

 

 

Arxiv üzrə axtarış