2023-09-23

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasında keçirilən təlimdə iştirak ediblər.

 

AR Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşəbbüsü ilə 10-22 sentyabr 2023-cü il tarixində Seconq şəhərində “Təbii fəlakətlər üzrə erkən xəbərdarlıq sistemi” mövzusunda keçirilmiş təlimdə iştirak ediblər.

 

Təlim proqramının məqsədi müxtəlif xarakterli fövqəladə hadisələr zamanı idarəetmə qərarlarının qəbulu və icrasının təşkili, qəbul olunmuş planların reallaşdırılması, yaranmış əməliyyat şəraitinin təhlili və fövqəladə hallarla mübarizə üzrə digər istiqamətlər barədə təcrübə mübadiləsinin aparılmasından ibarət olub.

 

Təlim iştirakçılarına yuxarıda göstərilən istiqamətlər üzrə mühazirələr keçirilib, həmçinin Koreya Geoloji Elmlər və Mineral Ehtiyatlar İnstitutunun (KIGAM) nəzdində Zəlzələ Araşdırma Mərkəzinə və Koreya Su Resursları Korporasiyasına səfərlər təşkil edilib, qurumların fəaliyyəti barədə ətraflı məlumatlar verilib.

 

Təlim proqramını müvəffəqiyyətlə başa vurmuş iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.

 

https://www.fhn.gov.az/index.php?aze/news/xeber/2023/9/23/50503

 

 

Arxiv üzrə axtarış