2023-09-22

Səfir Ramin Həsənov Busan şəhərinə səfər edib.

 

Səfir Ramin Həsənov 21-22 sentyabr 2023-cü il tarixində Busan şəhərində səfərdə olub.

 

Səfər çərçivəsində, Busan Şəhər Şurasının sədri Kanq Çul-ho və Busan Şəhər Meriyasının beynəlxalq əlaqələr üzrə səfiri Şin Çe-Hyun ilə görüş keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Səfir Ramin Həsənov həmçinin, Koreyanın “Maekyung” Media Qrupu tərəfindən 21 sentyabr 2023-cü il tarixində Busan şəhərində “Gələcək nəsil “ESG” (ətraf mühit, sosial təsir və idarəçilik): təhdidlərdən kənar yeni imkanlara doğru” mövzusunda keçirilmiş 24-cü Ümumdünya Bilik Forumunda iştirak edib.

 

 

Arxiv üzrə axtarış