Müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasına səfər edib
Cari ilin 17-21 oktyabr tarixlərində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasına səfər edib.
Səfər çərçivəsində Mədət Quliyev Koreya Respublikasının Müdafiə Satınalmaları Proqramının İdarəedilməsi naziri Donqhvan Eom və Koreya Respublikasının Milli Müdafiə Nazirliyində hərbi resursların idarə olunması üzrə nazir müavini Sunq İl ilə görüşlər keçirib.
Görüşlərdə iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Səfir Ramin Həsənov görüşlərdə iştirak edib.
Müdafiə sənayesi naziri o cümlədən Seul Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisinə (Seoul ADEX) baş çəkib.