Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 2-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri Çunq Eui-Yonq ilə görüşüb
Bakı, 2 noyabr, AZƏRTAC
Koreya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 2-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAAP) həmsədri Çunq Eui-Yonq ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Çunq Eui-Yonq Azərbaycana bir neçə dəfə səfər etdiyini deyib, Azərbaycan və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb. O, Azərbaycan Prezidenti ilə 2015-ci ildə keçirdiyi görüşü böyük məmnunluqla xatırladaraq, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi cəhətdən sabit inkişaf yolu keçdiyini bildirib. Çunq Eui-Yonq Azərbaycanın COVID-19 qlobal pandemiyasından sonra yaxşı bərpa prosesi keçdiyini və hazırda yüksək iqtisadi inkişafa nail olduğunu söyləyib.
Sahibə Qafarova səfər çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib. O, hər iki ölkə parlamentinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi və genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib.
Milli Məclisin sədri Azərbaycan ilə Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsinin sevindirici olduğunu, ölkələrimiz arasında fəal siyasi dialoq və sıx iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin bir çox sahələrdə inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.
Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini deyən ICAAP-ın həmsədri Çunq Eui-Yonq vurğulayıb ki, Koreya Respublikasında iqtidarda, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq, bütün siyasi partiyalar Azərbaycanla güclü əməkdaşlığı dəstəkləyir və Azərbaycanı yaxın dost hesab edir.
Sahibə Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev tərəfindən irəli sürülən qlobal təşəbbüslər, o cümlədən Hərəkatın Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin yaradılması haqqında geniş məlumat verib. Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ICAAP arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə ICAAP arasında əməkdaşlığın müxtəlif istiqamətləri, təşkilatın Bakıda keçirilən mühüm tədbirləri barədə də müzakirələr aparılıb. Qeyd olunub ki, 370-dən çox siyasi partiyanı birləşdirən ICAAP Asiya regionunda sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edən mühüm platformadır. Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası 2009-cu ildən bu təşkilatın üzvüdür. Sahibə Qafarova YAP-ın ICAAP çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verdiyini və onun fəaliyyətinə hər zaman dəstək olduğunu qeyd edib. O bildirib ki, YAP yarandığı gündən Azərbaycanın siyasi həyatında aparıcı partiyadır. Partiya 1992-ci ildə bu il Azərbaycanda 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılıb.
Çunq Eui-Yonq isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq əlaqələri barədə də məlumat verərək, YAP-ın ICAAP-ın işinə güclü dəstəyinə və təşkilatda fəal iştirakına görə təşəkkürünü ifadə edib.
lkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini deyən ICAAP-ın həmsədri Çunq Eui-Yonq vurğulayıb ki, Koreya Respublikasında iqtidarda, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq, bütün siyasi partiyalar Azərbaycanla güclü əməkdaşlığı dəstəkləyir və Azərbaycanı yaxın dost hesab edir.
Sahibə Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev tərəfindən irəli sürülən qlobal təşəbbüslər, o cümlədən Hərəkatın Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin yaradılması haqqında geniş məlumat verib. Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ICAAP arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə ICAAP arasında əməkdaşlığın müxtəlif istiqamətləri, təşkilatın Bakıda keçirilən mühüm tədbirləri barədə də müzakirələr aparılıb. Qeyd olunub ki, 370-dən çox siyasi partiyanı birləşdirən ICAAP Asiya regionunda sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edən mühüm platformadır. Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası 2009-cu ildən bu təşkilatın üzvüdür. Sahibə Qafarova YAP-ın ICAAP çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verdiyini və onun fəaliyyətinə hər zaman dəstək olduğunu qeyd edib. O bildirib ki, YAP yarandığı gündən Azərbaycanın siyasi həyatında aparıcı partiyadır. Partiya 1992-ci ildə bu il Azərbaycanda 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılıb.
Çunq Eui-Yonq isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq əlaqələri barədə də məlumat verərək, YAP-ın ICAAP-ın işinə güclü dəstəyinə və təşkilatda fəal iştirakına görə təşəkkürünü ifadə edib.
Görüşdə Milli Məclisin sədri regionda mövcud vəziyyət, Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlaması, ölkəmizin 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə də məlumat verib. Deyib ki, ICAAP-da heç vaxt ikili standartların şahidi olmamışıq və bu təşkilat baş verən proseslərə həmişə obyektiv münasibət sərgiləyib, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh və təhlükəsizliyə hər zaman dəstək verib.
Sahibə Qafarova, həmçinin cari ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etməsi barədə də danışıb. O, bu tədbirlərin yalnız qeyri-qanuni hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə aldığını, mülki əhaliyə və obyektlərə heç vaxt hücum edilmədiyini və bununla bağlı hər hansı iddianın əsassız olduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiya prosesi, Azərbaycanın sülh təşəbbüsləri barədə də danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.