7 fevral 2024-cü il növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
Məlumat verildiyi kimi, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə o cümlədən Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində seçki məntəqəsi yaradılmışdır.
Koreya Respublikasında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan, 18 yaşına çatmış və Səfirlikdə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportunu (etibarlı pasport olmadığı təqdirdə, Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsini) təqdim etməklə səsvermədə iştirak edə bilərlər.
Səsvermə 7 fevral 2024-cü il tarixində saat 08.00-dan 19.00-dək Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində (63, Itaewon-ro 45-gil, Yongsan-gu, Seul) keçiriləcəkdir.