2024-05-10
Səfir Ramin Həsənov 39-cu Seul Beynəlxalq Səyahət Sərgisinin açılış mərasimində iştirak edib
Səfir Ramin Həsənov Azərbaycanın ilk dəfə olaraq milli stendlə təmsil olunduğu 39-cu Seul Beynəlxalq Səyahət Sərgisinin açılış mərasimində iştirak edib.
Səfir Azərbaycan Turizm Şurasının baş icraçı direktoru Florian Zenqstşmidlə birlikdə Azərbaycan pavilyonunu açıb, ölkəmizin stendində xarici ölkələrin yüksək səviyyəli rəsmilərini salamlayıb.