2024-05-27

Azərbaycanın yeniyetmə rəssamlarının əsərləri Koreyada keçirilən sərgidə nümayiş olunur

Koreya Respublikasının Pyonqtek Beynəlxalq Mübadilə Fondunun və Pyonqtek Şəhər Meriyasının həmtəşkilatçılığı ilə Pyonqtek şəhərində ənənəvi Beynəlxalq Uşaq İncəsənət Mübadiləsi Sərgisi keçirilir.

Sərginin məqsədi 5-13 yaşlı uşaqların ətraf mühit və iqlim dəyişikliyi üzrə yaradıcılıqlarının ifadə edilməsi üçün platformanın təmin olunmasından, eləcə də Pyonqtek şəhəri ilə iştirakçı ölkələr arasında mədəni mübadilənin təşviq edilməsindən ibarətdir.

2024-cü ilin iyul ayınadək davam edəcək cari ildəki sərgidə Azərbaycandan 10 yeniyetmə rəssamın ətraf mühit, ekologiya və iqlim dəyişikliyi mövzusuna həsr olunan əsərləri nümayiş olunur.

 

 

 

Arxiv üzrə axtarış