2024-08-28
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Koreya Respublikasına səfər edib
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Koreya Respublikasına işgüzar səfər edib.
Səfər çərçivəsində E.Əmirbəyov Koreya xarici işlər naziri Ço Tae-Yul, Koreya Milli Assambleyasının və digər dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan sülh prosesinin cari vəziyyəti, perspektivləri və çağırışları, eləcə də Bakıda keçiriləcək COP29 tədbirinə dair müzakirələr aparılıb.