2025-02-20
Səfir Ramin Həsənov Qyonqcu şəhərinə səfər edib
Səfir Ramin Həsənov Qəbələ ilə "qardaşlaşmış" Qyonqcu şəhərinə səfər edib.
Səfər çərçivəsində şəhərin meri Cu Nak Yunq, Qyonqcu Sənaye-Ticarət Palatasının sədri Li Sanq Qeol, Qyonqsanqbuk-do əyalətinin Mədəniyyət və Turizm Təşkilatının prezidenti Kim Nam İl ilə görüşlər keçirmiş, şəhərlər və regionlararası qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.