2025-05-07

Ələt Azad İqtisadi Zonasının nümayəndə heyəti Koreya Respublikasında işgüzar səfərdə olub

Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında işgüzar səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti İnchon Azad İqtisadi Zonasının müvəkkili Yun Vok Sok ilə görüşərək, məlumat, bilik və təcrübə mübadiləsi aparıb.
Eyni zamanda, Koreya Beynəlxalq Ticarət Assosiasiyasının vitse-prezidenti Kim Qi-Hyun və Koreyanın Ticarət-İnvestisiyaların Təşviqi Agentliyinin icraçı vitse-prezidenti Cihyunq Li ilə görüşlər keçirilib və Koreya şirkətlərinin həmin klastra cəlb olunması perspektivlərini müzakirə edilib.
Səfər çərçivəsində həmçinin Seulda Koreyanın dövlət qurumları, biznes assosiasiyaları, şirkətləri, elmi-tədqiqat institutları və KİV nümayəndələrinin iştirakı ilə “Ələt Azad İqtisadi Zonası: Koreyanın istehsal şirkətləri üçün potensialın açılması” mövzusunda şəbəkələşmə tədbiri keçirilib.
Tədbirdə səfir Ramin Həsənov və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış edibilər.
 
 

 
 

Arxiv üzrə axtarış