Koreyanın Hankuk Xarici Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən bəhs edilib
Səfir Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin Türkiyəşünaslıq-Azərbaycanşünaslıq kafedrasının tələbələri üçün “Azərbaycanın xarici siyasəti: müstəqilliyinin bərpa olunmasından bəri ölkənin strateji prioritetlərinə aparan yol” mövzusunda mühazirə ilə çıxış edib.
Bugünlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunduğunu bildirən səfir Azərbaycanın xarici siyasət strategiyası və beynəlxalq əməkdaşlığının əsas konturlarının məhz Ulu Öndər tərəfindən müəyyən edildiyini vurğulayıb.
O, Heydər Əliyevin siyasi irsinin Azərbaycanın dövlətçilik tarixində yeri və rolundan bəhs edib.