Siyasi əməkdaşlıq

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlər 23 mart 1992-ci il tarixində qurulmuşdur.

 

İki ölkə arasındakı əlaqələr 2006-cı ildə Koreyanın Azərbaycanda, 2007-ci ildə Azərbaycanın Koreyada Səfirliklərinin təsis olunması ilə daha da intensivləşmişdir.

 

2006 və 2007-ci illərdə Azərbaycan və Koreya dövlət başçılarının qarşılıqlı səfərləri ən yüksək səviyyədə siyasi dialoqun və ikitərəfli əməkdaşlığın yeni mərhələsinin əsasını qoymuşdur.

 

Sonradan hökumət başçıları, parlament sədrləri və hökumət üzvlərinin qarşılıqlı səfərləri çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar əlaqələrimizin genişləndirilməsində mühüm rol oynamışdır.

 

Hazırda iki ölkə arasında əhatəli müqavilə-hüquq bazası mövcuddur, indiyədək tərəflər arasında 70-ə yaxın sənəd imzalanmışdır.

 

2017-ci və 2022-ci illərdə Azərbaycan-Koreya diplomatik əlaqələrinin qurulmasının müvafiq olaraq 25 və 30 illik yubileyləri ilə əlaqədar dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində təbrik məktublarının mübadiləsi həyata keçirilmişdir.

 

Azərbaycan-Koreya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi fəaliyyət göstərir və sonuncusu 2022-ci ildə olmaqla, indiyədək Bakıda və Seulda 4 dəfə siyasi məsləhətləşmələr aparılmışdır.

 

İki ölkə müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində aktiv əməkdaşlıq etməkdədir.

Azərbaycan və Koreyanın qanunverici orqanları arasında da ötən illər ərzində yüksək səviyyədə ikitərəfli təmaslar qurulmuş, çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilmişdir. Azərbaycan və Koreyanın parlamentləri nəzdində dostluq qrupları fəaliyyət göstərir və onlar arasında funksional əməkdaşlıq qurulmuşdur. İki ölkənin parlamentləri arasında Avrasiya Ölkələri Parlament Sədrlərinin Toplantısı və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı kimi çoxtərəfli formatlarda da uğurlu əməkdaşlıq reallaşdırılır.

Azərbaycan ilə Koreya arasında siyasi əlaqələr dinamik və Cənubi Qafqaz regionunda unikal xarakter daşıyır. Diplomatik təmsilçiliklə özünü büruzə verməsi fonunda ikitərəfli əməkdaşlıq istiqamətləri və mexanizmləri, habelə əhatə dairəsi və məzmunu zəngindir.

 

Son yenilənmə tarixi: 28.02.2023

Arxiv üzrə axtarış