Mədəniyyət sahəsində əməkdaşlıq

Mədəniyyət sahəsində əməkdaşlıq

 

 

Azərbaycan və Koreya arasında mədəniyyət sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu kontekstdə, Azərbaycanın zəngin mədəniyyətinin, ənənələrinin, incəsənətinin, musiqisinin, mətbəxinin, eləcə də turizm potensialının Koreyada təbliğ edilməsi, mədəni mübadilənin və mədəniyyətlərarası dialoqun təşviq olunması və yerli əhali ilə təmasların intensivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Koreyada müntəzəm olaraq Azərbaycanın çoxsaylı mədəni tədbirləri təşkil edilir, eləcə də müxtəlif sərgilərdə ölkəmizin milli stendlə iştirakı təmin olunur. Bu xüsusda, Koreya Respublikasının müvafiq dövlət qurumları ilə yanaşı Koreya Beynəlxalq Mədəni Mübadilə Fondu (KOFICE), Koreya Mədəniyyət Assosiasiyası (KCA), Koreya Fondu (KF), Asiya Mədəniyyət Mərkəzi (ACC) və Ümumdünya Ustadlar Komitəsi ilə sıx əməkdaşlıq edilir.

 

Azərbaycan Milli Kitabxanası ilə Koreya Milli Kitabxanası, eləcə də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası ilə Koreyanın Milli Assambleyasının (Parlament) Kitabxanası arasında əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Seul Milli Universitetinin (SNU) Kitabxanasında Azərbaycan Guşəsi fəaliyyət göstərir.

 

Şuşa ilə Andonq, Bakı şəhərinin Qaradağ rayonu ilə Seul şəhərinin Yonqsan rayonu, Qəbələ ilə Qyeonqcu arasında qardaşlaşmış və ya dostlaşmış şəhərlər və rayonlar əməkdaşlığı mövcuddur.

 

2011-ci ildə Azərbaycan heykəltəraşı Ömər Eldarovun Koreyanın “Gaehwa” parkında “Bölünmüş millət” adlı abidəsi ucaldılmışdır.

 

 

Son yenilənmə tarixi: 07.09.2023

 

Arxiv üzrə axtarış