2016-04-13

Koreyada yaşayan azərbaycanlılar 8 aprel tarixində Koreyanın paytaxtı Seul şəhərində dinc etiraz aksiyası keçirmişlər.

Cari ilin aprel ayının 2-dən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar Koreyada yaşayan azərbaycanlılar, o cümlədən ButaAzərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri 8 aprel tarixində Koreyanın paytaxtı Seul şəhərində dinc etiraz aksiyası keçirmişlər.

Aksiyanın əsas məqsədi son günlər Ermənistan qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, eləcədə, Azərbaycanla təmas xəttində Ermənistan işğalçı qüvvələrinin təxribatçı cəhdləri və dinc əhalinin qətlə yetirməsi ilə əlaqədar baş vermiş hadisələrə Koreya ictimaiyyətinin diqqətini yönəltməkdən ibarət olmuşdur.

Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40 yaxın azərbaycanlı, türk, malaziya və koreyalı tələbələr iştirak etmişdir. Tədbir zamanı Ermənistanın əleyhinə “Ermənistan təcavüzkar ölkədir”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ bizimdir, bizim olacaq”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır” kimi müxtəlif şüarlar səsləndirilmişdir.

 

Arxiv üzrə axtarış