2020-03-03

Koreya Respublikasında fəaliyyət göstərən Dwight Seoul məktəbində UNESCO-nun Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Koreyadakı Səfirinin xanımı Könül Teymurova iştirak etmişdir.

Könül xanım tədbir iştirakçılarına və məktəbdə təhsil alan şagirdlərə Azərbaycan haqqında məlumat vermiş, Azərbaycan dilinin tarixçəsi, dilimizdə baş vermiş əlifba dəyişiklikləri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat vermişdir.

O, həmçinin UNESCO və İSESKO-nun xoşməramlı Səfiri, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan mədəniyyəti və dilinin dünyada tanıdılması istiqamətində görülmüş işlərlə bağlı məlumat vermişdir.

Daha sonra Altun kitab evinin nəşr etdiyi Əfsanələr kitabından "Göyərçin" hekayəsini ana dilində oxuyaraq Ağ göyərçinin necə sülh rəmzinə çevrildiyi ve sülhün əhəmiyyəti izah edilmişdir.

Könül xanım əlavə olaraq, Tık-Tık xanım nağılını Azərbaycan dilində oxuyaraq animasiya filmini göstərmiş, həmçinin nağılın ingilis dilinə tərcümə edilmiş nüsxələri tədbir iştirakçılarına paylanılmış, nağıldaki dostluğun əhəmiyyəti önə çıxarılmışdır.

Şagirdlərə sual cavab bölməsində müxtəlif suvenirlər, həmçinin üçrəngli bayrağımız hədiyyə edilmişdir.

 

Arxiv üzrə axtarış