AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Koreyada səfərdə olub.
AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Z.Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 1-5 may 2023-cü il tarixində Koreyada səfərdə olub.
Səfər zamanı Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun (KHIDI) icraçı direktoru Kim Younq-ok, Koreya Milli Assambleyasında (Parlament) Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri So Byonqsu, Koreya Milli Assambleyasının (Parlament) Səhiyyə və Rifah Komitəsinin sədri Cunq Çounsuk, Koreya Milli Tibbi Sığorta Xidmətinin (NHIS) prezidenti vəzifəsini icra edən Hyun Cae-ryonq, Koreya Tibbi Sığortanın İcmalı və Qiymətləndirilməsi Xidmətinin (HIRA) prezidenti Kanq Cunq-qu ilə görüşlər keçirilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində həmçinin NHIS və HIRA ilə Anlaşma Memorandumları imzalanıb.