Azərbaycan Respublikasının ərazisində matəm elan olunub
25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı J2-8243 reysini yerinə yetirən “Embraer 190” tipli təyyarəsi təcili eniş zərurətinə görə Aktauya uçmuş və şəhər yaxınlığında faciəvi şəkildə qəzaya uğramış, nəticədə çoxsaylı insan tələfatı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycan Respublikasının ərazisində 26 dekabr tarixində matəm elan edilib.
Matəmlə əlaqədar, Səfirliyin inzibati binasında (ünvan: 63, Itaewon-ro 45-gil, Yongsan-gu, Seul) 26 dekabr saat 12:00-dan 17:00-dək və 27 dekabr saat 11:00-dan 17:00-a qədər başsağlığı kitabı açılacaqdır.
Başsağlığı həmçinin seoul@mission.mfa.gov.az elektron poçt ünvanına göndərilə bilər.